Tanınmış aktrisa Fahriye Evcen baldızı Burçun Özçivitlə aralarında yaranmış gərginlikdən söz açıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, ulduz bu yaxınlarda baldızı ilə mübahisə etdiyi, instaqramda izləmədən sildiyi xəbərlərinə aydınlıq gətirib.
“O, aktiv istifadə edilməyən bir hesab idi. Yazılanlar doğru deyil. Aramızda deyildiyi kimi hər hansı bir problem yaşanmayıb” , - deyə Fahriye Evcen açıqlama yayıb.
Qeyd edək ki, Burak Özçivitin bacısı Burçun Özçivit bir neçə ay əvvəl 5 illik həyat yoldaşı Ahmet Denizdən rəsmi şəkildə ayrılıb. Onun bu nikahdan bir qızı var.