Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayı münasibəti ilə xalqımızı təbrik edib.
Qadin.Net xəbər verir ki, o, bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaq və Allah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram! Allah orucunuzu qəbul etsin!”