Qadin.NET / Nazirdən karantinin yenidən sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ

Nazirdən karantinin yenidən sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ

Nazirdən karantinin yenidən sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ


“Ölkədə sosial-iqtisadi fəallıq bərpa olunmalı, insanlar yavaş-yavaş iş yerlərinə qayıtmalıdır”.

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, dünyada koronavirus pandemiyanın vaksininin və ya müalicə protokollarının qəbul olunduğu dövrə qədər vətəndaşlar gündəlik maskalardan, əlcəklərdən istifadə etməli, sanitar-gigiyena qaydalarına əməl olunmalıdır:

“Karantin rejiminin saxlanılması üçün dövlətin böyük məsrəfi var. Bütün dünyada  2020-ci ildə iqtisadi tənəzzül proqnozlaşdırılır. Bu proqnozlara yenidən baxılır. Karantinin yumşaldılması istənilən şəkildə sosial təmasların artırılması deməkdir.

Yəni sosial təmasların artırılması müəyyən dövrdən sonra yoluxma hallarının aktivləşməsi deməkdir. Belə halların mümkünlüyü artır. Buna görə hökumət tərəfindən dərin təhlillər əsasında həyata keçirilən iş mərhələli çıxış planında özünü büruzə verib”.

“Gələcək fəaliyyətimiz həmin plan əsasında olmalıdır. Sanitar epidemioloji vəziyyət proqnozlaşdırılan səviyyəni aşarsa, məhdudiyyətlərin daha da sərtləşdirilməsi mümkündür”, - deyə nazir əlavə edib.

25 aprel 2020
GO BACK