Nyu-York ştatının rəhbərliyi koronavirusun mənbəyini aşkar edib.
Qadin.Net bildirir ki, bu barədə “İnterfaks” məlumat yayıb
Ştatın qubernatoru Endryu Kuomonun sözlərinə görə, çox güman ki, xəstəlik Nyu-Yorka İtaliyadan gətirilib.
E.Kuomo fikrini Şimal-Şərq Universitetinin araşdırmaları ilə əsaslandırıb. Tədqiqat göstərib ki, martın 1-də - ştat ərazisində ilk təsdiqlənmiş yoluxma qeydə alınanda artıq on minlərlə insan virus daşıyıcısı olub.
ABŞ rəhbərliyi Çinlə fevralın 2-də sərhədləri bağlasa da, Avropa ilə sərhəd mart ayına qədər açıq qalıb və bu vaxt ərzində Nyu-Yorkla Nyu-Cersiyə Avropadan təxminən 2,2 milyon insan gəlib.