Qadin.NET / Məşhur aktrisa da 1 milyon dollar bağışladı

Məşhur aktrisa da 1 milyon dollar bağışladı

Məşhur aktrisa da 1 milyon dollar bağışladı


Hollivud ulduzu Şarliz Teron da koronavirusla mübarizə aksiyasına qoşulub.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 44 yaşlı ulduz koronavirus epidemiyasından və məişət zorakılığının qurbanları üçün “The Charlize Theron Africa Outreach Project” fondundan 1 milyon dollar yardım göndərib.

Aktrisa ianənin 500 min dollarını öz vətəni Cənubi Afrika Respublikasına, yarısını isə ABŞ-dakı xeyriyyə fonduna bağışlayıb.

Qeyd edək ki, daha əvvəl Opra Uinfri, Cek Dorsi, Selena Qomez, Madonna, Ancelina Coli, Rihanna, Kayli Cenner kimi məşhurlar da koronavirusla mübarizə aksiyası üçün milyonlarla dollar pul göndərmişdilər

25 aprel 2020
GO BACK