Qadin.NET / TƏBİB sədrindən koronavirusla bağlı XƏBƏRDARLIQ: “Ən böyük təhlükə qarşıdadır”

TƏBİB sədrindən koronavirusla bağlı XƏBƏRDARLIQ: “Ən böyük təhlükə qarşıdadır”

TƏBİB sədrindən koronavirusla bağlı XƏBƏRDARLIQ: “Ən böyük təhlükə qarşıdadır”


“Karantin rejimi ilə koronavirusun yayılmasının qarşısı alınıb”.

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, virusun xaricdən idxalının qarşısının alınması üçün sərhədlər bağlanıb:

“Sosial izolyasiya tədbirləri görülüb və xüsusi karantin rejimi elan edilib. Xüsusi karantin rejimi 4 maya qədər uzadılıb. Lakin bugünkü qərarla bəzi yumşaldılmalar olub”.

R.Bayramlının sözlərinə görə, bizi böyük təhlükə gözləyə bilər:

“Karantin tədbirlərinin tam aradan qaldırılması ilə ikinci dalğa başlaya bilər. Əhalinin kütləvi yoluxması nəticəsində reanimasion tədbirlər tələb edən hallar arta bilər. Xəstəlik hələ bitməyib və ən böyük təhlükə qarşıdadır.

Bizim üzərimizə sosial məsuliyyət düşür. Yoluxmanın yayılmasının nəzarət altında saxlanılması vacibdir. Qətiyyən arxayınlaşmamalıyıq. Düşmənin “bir nəfəs qədər” yaxın olduğunu fikrimizdən çıxarmamalıyıq”


24 aprel 2020
GO BACK