Qadin.NET / Azərbaycanda koronavirus yenidən alovlana bilər - XƏBƏRDARLIQ

Azərbaycanda koronavirus yenidən alovlana bilər - XƏBƏRDARLIQ

Azərbaycanda koronavirus yenidən alovlana bilər - XƏBƏRDARLIQ


“Azərbaycanda koronavirus bitməyib. Əgər karantin tamamilə aradan qaldırılsa, xəstəlik yenidən alovlana bilər”. 

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. 

Onun sözlərinə görə, insanların gigiyenik qaydalara ən azı bu ilin sonuna qədər ciddi şəkildə əməl etmələri vacibdir:

“Azərbaycanda aparılan izolyasiya tədbirləri xəstəlik sayında azalmalara səbəb olub. Xəstəliyin sürətlə artmadığını görürük. Növbəti dalğaya hazır olmaq üçün sistemlərin gücləndirilməsinə ehtiyac var”.

24 aprel 2020
GO BACK