Qadin.NET / Xərçəng xəstəliyini hamiləliklə səhv saldı: Əməliyyatı 14 saat davam etdi

Xərçəng xəstəliyini hamiləliklə səhv saldı: Əməliyyatı 14 saat davam etdi

Xərçəng xəstəliyini hamiləliklə səhv saldı: Əməliyyatı 14 saat davam etdi


Böyük Britaniyada yaşayan qadın ağciyər xərçəngini hamiləliklə səhv salıb.

“The Sun” nəşri yazır ki, menstruasiya olmayan və qarını böyüyən qadın hamilə olduğunu güman edib. Lakin hamiləlik testinin nəticələri mənfi çıxıb.

Buna baxmayaraq, qadının qarını böyüməkdə davam edib.

Qadın xəstəxanaya müraciət edərək ultrasəs müayinəsinin keçirilməsini xahiş edib. Həkimlər isə hamiləlik testinin nəticəsini əsas gətirərək qadını müayinə etməkdən imtina ediblər. Ona qıcqırma əleyhinə dərman yazılıb.

Bir neçə aydan sonra qadının səhhətində müşahidə olunan ciddi dəyişiklikdən sonra, nəhayət o, ultrasəs və rentgen müayinəsindən keçirilib. Məlum olub ki, pasiyent ağciyər xərçəngindən əziyyət çəkir.

14 saat davam edən ağır əməliyyatdan sonra həkimlər xəstənin ağciyərinin yarısını kəsib götürüblər.

23 aprel 2020
GO BACK