Yeni Zelandiyadakı bunkerində koronavirusdan xilas olmaq qərarına gələn milyarder mürəkkəb təhlükəsizlik sistemi səbəbindən onu aça bilməyib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. Çətin vəziyyətə düşən milyarder podratçı - Texas bunker şirkətinə zəng etməli olub.
“O, qapının kodunu yoxlamaq istəyib və isti su təchizatı ilə bağlı suallar verib, sığınacağa əlavə su və ya hava filtrləri götürməyin lazım olub-olmadığını soruşub. Bir çox varlı insan Yeni Zelandiyadakı apokalipsisdən gizlənmək istəyir”, - deyə şirkət direktoru Qari Linç bildirib.
Xatırladaq ki, keçmiş baş nazir Con Key tanışları arasında Yeni Zelandiyada bunker almaq istəyən zənginlərin olduğunu açıqlamışdı.