Qadin.NET / Koronavirus allergiyası olan uşaqlara necə təsir edir?

Koronavirus allergiyası olan uşaqlara necə təsir edir?

Koronavirus allergiyası olan uşaqlara necə təsir edir?


ABŞ-dakı Milli Səhiyyə İnstitutunda 12 ildir allergiya və immunologiya sahəsində çalışan həkim Akgül Akpınarlı Antoni COVID-19-un allergiyası olan uşaqlara təsirini öyrənib.

Qadin.Net bildirir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

Akgül allergiyası olan uşaqların koronavirusla bənzər simptomlar göstərməsinin ailələri təşvişə saldığını vurğulayıb və bahar mövsümü ilə əlaqədar allergik simptomların çox tez-tez müşahidə olunmağa başladığını bildirib.

Mütəxəssis yeni tip koronavirus epidemiyasının allergiyası olan uşaqlar üçün xüsusi risk daşımadığını açıqlayıb:

“Lakin hər kəs kimi allergiyası olan uşaqlar və ailələrinin də COVID-19-dan qorunması, məcburiyyət olmadıqca evdə qalmaları, küçədə mütləq şəkildə maska və əlcək taxmaları, əl təmizliyinə diqqət göstərmələri gərəkdir”.

Həkim, həmçinin, allergik simptomlarla COVID-19 əlamətləri arasındakı fərqlərə də diqqət çəkib.

“Allergik simptomlar COVID-19 simptomları ilə müqayisədə, daha yüngül olur. Allergik xəstələrdə vəziyyətin proqressiv şəkildə pisləşməsi olmur. Ümumi vəziyyətləri yaxşı olur.

Allergiyası olan uşaqların iştahı və yuxusu hər zamankı kimi qalır. Hamısından önəmlisi isə odur ki, mövsümi allergiyalarda temperatur olmur”, - deyə həkim bildirib

23 aprel 2020
GO BACK