Qadin.NET / Koronavirusa görə işsiz qalan ana körpəsi üçün saçlarını satdı, amma...

Koronavirusa görə işsiz qalan ana körpəsi üçün saçlarını satdı, amma...

Koronavirusa görə işsiz qalan ana körpəsi üçün saçlarını satdı, amma...


Koronavirus epidemiyası Banqladeşdə gündəlik işlərdə çalışan ananı bir yaşlı oğluna süd almaq üçün saçlarını satmağa məcbur edib.

Qadin.Net bildirir ki, bu barədə Star.com məlumat verib.

Epidemiyaya görə Banqladeşin paytaxtı Dəkkə və bir çox başqa şəhərlərdə təxminən bir aydır qadağalar tətbiq olunur. Bu məhdudiyyətlər gündəlik işlərdə çalışan minlərlə insanı işsiz qoyub.

Dəkkənin Savar bölgəsində yaşayan Şati Begüm adlı qadın da epidemiya dövründə işsiz qalıb və bir yaşı olan uşağı ilə günlərlə ac qalıb. Övladının ağlamasına dözə bilməyən ana lazım olan pulu tapmaq üçün gələn təklifi qəbul edib və saçlarını sadəcə 180 takaya (3,5 manat) satıb.

“Şənbə günüdən bu yana ocağımızda heç nə qaynamırdı. Dövlət tərəfindən kasıb insanlara yardım edildiyini eşitdim, ancaq bizə heç bir yardım gəlmədi. Mənim iki yaş yarımlıq daha bir uşağım var. Ailəmiz günlərdir aç qalır.

Əvvəl başqa bir gecəqonduda qalırdıq. Bura təzə gəldiyimiz üçün bizə yardım edən yoxdur, çünki bizi tanımırlar. Buna görə də uşağım üçün ən azı süd tapmalı idim. Kömək etmək istədiyini deyən bir nəfər saçlarımın qarşılığında 400 taka (7,9 manat) verəcəyini bildirdi. Ancaq saçlarımı kəsib verdikdən sonra sadəcə 180 taka (3,5 manat) verib qaçdı. Daha sonra həmin pulla uşağım üçün süd və özümüzə də iki kiloqram düyü aldım”, - deyə Ş.Begüm bildirib.

Bölgə rəhbərliyi mətbuat vasitəsilə hadisədən xəbər tutduqlarını və ailəyə yardım ediləcəyini açıqlayıb

Koronavirusa görə işsiz qalan ana körpəsi üçün saçlarını satdı, amma...


23 aprel 2020
GO BACK