Ötən həftə 46 yaşı tamam olan məşhur dizayner Viktoria Bekhem eyniadlı şirkətinin işçilərini vəzifələrindən uzaqlaşdırmağa davam edir.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, pandemiyaya görə dövlət dəstəyindən istidadə edən Viktoriya artıq 30 işçisini işdən azad edib və təşkilatın digər nümayəndələrinə əmək haqqlarının 80%-nin ödənməsi haqda göstəriş verib.
Hazırda 335 milyon funt (təxminən 699 milyon 580 min manat) dəyərində sərvəti olan dizaynerin bu addımı bitaniyalıları qəzəbləndirib.
Sosial şəbəkə istifadəçiləri Devid və Viktoriya Bekhemin bu yaxınlarda Mayamidə 20 milyon funt sterlinqə (təxminən 41 milyon 766 min manat) malikanə aldıqlarını, İnstaqramda tez-tez lyüks həyatlarını nümayiş etdirdiklərini, lakin şəxsi büdcələrindən işçilərinə pul vermədiklərinə görə qınayıblar.
Onlar "Viktoriyanın bu qərarına çox məyus oldum” “Milyonçudur, amma hökumətdən pul alır", "Onun çantaların bir kolleksiyası 1,5 milyondur, 30 işçiyə isə pul ödəyə bilmir. Ayıb olsun!", "Söz tapa bilmirəm. Zənginlər tamamilə qudurublar" kimi şərhlər yazıblar.
Sosial şəbəkə istifadəçilərin fikirlərini aktyor Riki Karveys də dəstəkləyib. O, Tvitter hesabında ər-arvad haqda "İyrənc insanlar. Bu artıq özbaşnalıqdır. Ayıb olsun!” qeydini yazıb