Çində alimlər araşdırma apararaq, bu ilin yanvar ayında kondisioner vasitəsilə doqquz nəfərin koronavirusa yoluxduğunu müəyyən ediblər.
Qadin.net bildirir ki, Gazetedemokrat.com xəbər verir ki, koronavirusu simptomsuz keçirən xəstəyə aid mikrodamcılar kondisioner vasitəsilə digər şəxslərə ötürülüb.
Həmin şəxsin digərləri ilə bir metrdən çox məsafədə olmasına baxmayaraq, restoranda olan doqquz nəfər COVID-19-a yoluxub.
Bununla da, kondisionerin virusu daha sürətlə yaydığı qənaətinə gəlinib.