Belçikada yaşayan 103 yaşlı Oktaviya De Trak iki həftə əvvəl yoluxduğu koronavirusdan sağalıb.
Qadin.Net bildirir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.
Xəstəxana heyəti qadının sağalmasının hər kəs üçün motivasiya olduğunu bildirib.
Qeyd edilir ki, Birinci Dünya Müharibəsi dövründə dünyaya gələn De Trak İkinci Dünya müharibəsindən də xilas olmağı bacarıb.
O, bu yüzillikdə “İspan qripi” və “Meksika qripi” kimi epidemiyalardan sağ çıxıb, sonda isə bütün dünyanı təsiri altına alan koronavirusa qalib gələ bilib