Nigeriyanın Laqos şəhərində yaşayan qadın 43 illik mübarizədən sonra ilk dəfə ana olub.
Qadin.Net bildirir ki, bu barədə “Daily Mail” xəbər yayır.
68 yaşlı Marqaret Adenuqa və onun 70 yaşlı əri Noa Adenuqa 43 il övlad sahibi olmaq istəyiblər.
Qadın dörd dəfə süni mayalanma əməliyyatı keçirsə də, bir nəticə hasil olunmayıb.
Nəhayət, ömrünün 68-ci ilində Marqaret ana olub. Biri qız, digəri oğlan olmaqla sağlam əkiz uşaqlar dünyaya gəlib. Ananın və yenidoğulanların vəziyyətlərinin yaxşı olduğu bildirilir.