Kinomatoqrafiya tarixində ən çox cinayətkar obrazını canlandıran məşhur aktyorların siyahısı hazırlanıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 1-ci yerdə mənfi obrazları ilə daha çox yadda qalan Hollivud ulduzu Robert De Niro qərarlaşıb. 19 dəfə cani obrazında çəkilən aktyor film tarixinin ən kriminal şəxsiyyəti hesab olunur.
İkinci yerdə 17 dəfə mənfi obrazı canlandıran isveçli akyor Peter Stormare, 3-cü yerdə isə 16 obrazı ilə Ron Perlmandır.
Onluğda Tim Karli, Ceyms Vuds, Vinni Cons, Qari Oldmen, Kristofer Uoken, Malkolm Makdauell və Samuell L. Cekson kimi aktyorlar da var