Qadin.NET / Demet Akalından Pərviz paylaşımı: "İntiqamın alındı"

Demet Akalından Pərviz paylaşımı: "İntiqamın alındı"

Demet Akalından Pərviz paylaşımı: "İntiqamın alındı"


Türkiyəli müğənni Demet Akalın TV8-də yayımlanan "Survivor" yarışmasına qatılan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevlə bağlı paylaşım edib. 

Qadin.Net axşam.az-a istinadən  xəbər verir ki, sənətçi ötən gecə oyundan çıxan Ezgi Hocaoğlunun buna layiq olduğunu vurğulayıb.

Akalın paylaşımında "Pərviz, intiqamın alındı, bizi bağışla" sözlərini yazaraq, idmançıdan üzr istəyib.

Qeyd edək ki, səsvermə zamanı Pərviz 6-cı yerdə qərarlaşmış və yarışmadan uzaqlaşmışdı. Həmin gün ən çox səsi Aycan Yanaç və Ezgi Hocaoğlu yığmışdı.

22 aprel 2020
GO BACK