Türkiyənin qalmaqallı müğənnisi Demet Akalın qızı Hiraya ilə birlikdə həyat yoldaşı, iş adamı Okan Kurtun ad gününü qeyd ediblər.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, hər il ad gününü təmtəraqlı keçirən Okan koronavirus pandemiyası səbəbi ilə bu dəfə evdə sadə yığıncaq təşkil edib.
“Qalatasaray” futbol klubunun pərəstişkarı olan ailə ad günü tortunu komandanın loqosu formasında sifariş edib.
Demet ad günündən olan fotoları sosial media hesabında “Karantin günlərində doğum günü” başlığı altında paylaşıb.
Okan isə “Instagram” səhifəsində “Allah hər kəsə yaxınları ilə birgə ad gününü keçirməyi nəsib etsin. Ən gözəl və xüsusi ad günüm idi” şərhini yazaraq, fotoları izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, bu, Demet Akalının üçüncü evliliyidir. Cütlük 2012-ci ildə ailə qurub. İki il öncə onlar boşanıblar. D.Akalın ilə O.Kurtun boşanma prosesi 10 dəqiqə çəkib. İkili ayrıldıqdan sonra yenidən bir araya gəlib.