Qadin.NET / Türkiyədə dördgünlük komendant saatı tətbiq ediləcək

Türkiyədə dördgünlük komendant saatı tətbiq ediləcək



Türkiyədə koronavirus təhlükəsinə görə yeni qadağaların icrası gözlənilir.

Qadin.Net bildirir ki, "Habertürk"ün məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bu barədə deyib.

Ərdoğan bu dəfə komendant saatı rejiminin dörd gün müddətinə tətbiq olunacağını bildirib: 

"Qadağa aprelin 23-i gecə saatlarından başlayacaq və aprelin 26-sı bazar günü gecəyə kimi davam edəcək".

20 aprel 2020
GO BACK