Rusiya allerqoloqlarının fikrincə, şəhərlərdə qovaq ağacının çiçəkləri koronavirusun potensial daşıyıcısı ola bilər. Bu fikir nə qədər həqiqətə uyğundur? Ümumiyyətlə, ağac tozucuqları virus daşıyıcısı ola bilərmi?
Qadin.Net bildirir ki, həkim-allerqoloq Nərmin Zakirlinin Lent.az-a dediyinə görə, bu yanlış fikirdir: "Ağacların tozucuqlarının virus yaymasının heç bir elmi əsası yoxdur. Çiçək tozları öz üstündə virusları daşımır. Virus havada deyil, hansısa insanda olmalıdır ki, digər insana keçə bilsin. Yəni virusun daşıyıcısı polenler ola bilməz. Daşıyıcı insanlar olur".
Həkimin sözlərinə görə, hazırda yaz mövsümü olduğu üçün allergiya problemli insanlar səhv başa düşür, allergiya olduqları halda qrip olduqlarını düşünürlər.
Həkimon fikrincə, allergiya xəstələri koronavirus təhlükəsinə görə risk daşıyıcıları deyil: "Sadəcə olaraq bronxial astma xəstəliyi olanlar koronavirusa yoluxarsa, bu onların xəstəliyini ağırlaşdıra bilər".