İdman COVİD-19-a yoluxanlara xəstəliyi rahat keçirməyə kömək edə bilər.
Qadin.Net bildirir ki, “New York Post”un məlumatına əsasən, belə bir qərara Virciniya Universitetinin Ali tibb məktəbinin professoru Çjen Yan (Zhen Yan) apardığı araşdırma nəticəsində gəlib
Tədqiqatda bildirilir ki, ürək-damar sisteminin möhkəmləndirilməsi üçün nəzərdə tutulan müntəzəm idman koronavirusa yoluxanların 20-40 faizində müşahidə olunan kəskin respirator distress-sindromunun (ağciyərlərin həyat üçün təhlükəli olan iltihabi - red.) – ağırlaşmanın qarşısını alır.
Çjen Yanın sözlərinə görə, insan orqanizmi qeyri-hüceyrə superoksiddismutazı (EcSOD) kimi tanınan antioksidan ifraz edir. Onun istehsalını fiziki yüklənmələr stimullaşdırır. Beləliklə, professor hər gün velosiped, avarçəkmə və aerobika kimi kardioməşqlərə yarım saat vaxt ayırmağı tövsiyə edir.