Pişiklərə koronavirusun yoluxması ehtimalının itlərə görə daha yüksək nisbətdə olduğu, bir araşdırma ilə ortaya çıxdı. ÜST, ev heyvanların epidemiyadakı rolunu araşdırdıqlarını qeyd etdi.
Araşdırmaya görə itlər, toyuqlar və ördəklərin də pişiklərə görə tutulma ehtimalı daha aşağıdır.
Araşdırmada pişiklərin, tənəffüs damcıları yolu ilə bir-birlərinə virusu yoluxdura biləcəkləri ifadə edilir. Araşdırmaçılar pişiklərin ciyərlərində, burun və boğazlarında geniş şişlərin müəyyən edildiyini, pişiklərin müşahidə edilməsi ilə insanlarda virusun ayırd edilməsi üçün köməkçi bir rol oynaya biləcəyini qeyd etdi.
ÜST tərəfindən verilən şərhdə, ev heyvanlarının koronavirus epidemiyasındakı rolunun ətraflı olaraq araşdırıldığı ifadə edildi. ÜST tərəfindən epidemioloq Maria Van Kerxove, bu zamana qədərki əllərində olan məlumatlara söykənərək, yoluxmada ev heyvanlarının bir rol oynadığını düşünmədiklərini, ancaq koronavirus daşıyan bir insan üzərindən tutula biləcəklərini qeyd etdi.