Qadin.NET / Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...

Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...

Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...


Koronavirusa görə konsertləri təxirə düşdüyü üçün maddi vəziyyəti yaxşı olmayan türkiyəli müğənni Sərdar Ortaç vəsiyyətini açıqlayıb.

Qadin.Net bildirir ki, Sondakika.com xəbər verir ki, müğənni “2-ci Səhifə” verilişinin canlı yayımına bağlanaraq, 30 milyon lirə (7 368 000 AZN) dəyərində evini işçilərinə verəcəyini bildirib. Hazırda qaldığı ev üçün ayda 120 min lirə (29 472 AZN) kirayə ödəyən məşhur səhnədə olduğu 30 il ərzində pul yığmadığını deyib:

“30 ildir səhnədəyəm. Bir lirə pul yığmamışam. Əvvəllər Böyükadanı almaq üçün pulum var idi. Xəyal etməyəcək qədər çox pulum var idi. Nəyə lazımdı o pul? Gözəl əsərlər qoyub getmək, həyatı gözəl yaşamaq lazımdır”.

Borclarına görə boşandığı keçmiş arvadı Xloe Louqnana artıq aliment ödəyə bilmədiyini deyən Ortaç qadının bu barədə heç bir tələbi olmadığını da qeyd edib.

İlk dəfə vəsiyyəti barədə danışan müğənni “Mən öləndə hər şeyim işçilərimin olacaq. Mənim üçün 30 il işləyənlərin... İstinye təpəsində 30 milyon lirəlik evim var. Mən ölsəm, işçilərimə qalsın. Heç olmasa, məndən sonra rahat yaşasınlar”, deyib

18 aprel 2020
GO BACK