Qadin.NET / Koronavirus 7 yaşlı uşağın həyatını alt-üst etdi-FOTO

Koronavirus 7 yaşlı uşağın həyatını alt-üst etdi-FOTO



Yeddi yaşlı uşağın anası və nənəsi koronavirusdan dünyasını dəyişib, atası isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qadin.Net bildirir ki, “Daily Mail”in məlumatına görə, kədərli hadisə Böyük Britaniyada baş verib.

Bildirilir ki, uşaq ailəsi ilə birlikdə Kardiffdə yaşayıb. Aprelin 11-də koronavirus diaqnozu qoyulan uşağın nənəsi 84 yaşlı Coan, dörd gündən sonra isə anası Culian Kedbi ölüb. İndi isə balaca Evanın bu həyatda təkcə atası qalıb.

Dostları və bu hadisəyə laqeyd olmayan insanlar Evan üçün 9000 funt sterlinq (20000 AZN) pul toplayıblar. Hər kəs uşağın və atasının vəziyyətinin düzələcəyinə ümid edir.

Koronavirus 7 yaşlı uşağın həyatını alt-üst etdi-FOTO


18 aprel 2020
GO BACK