Qadin.NET / Ombudsmandan iş günləri ilə bağlı TƏKLİF

Ombudsmandan iş günləri ilə bağlı TƏKLİF

Ombudsmandan iş günləri ilə bağlı TƏKLİF


Azərbaycanda iş və istirahət günlərinin yeri dəyişdirilərkən ardıcıl gələn iş günlərinin sayı yeddi gündən artıq ola bilməz.

 Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə Ombudsmanın 2019-cu il üzrə məruzəsində bildirilir.

Bununla bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əlavə təklif edilir.

Əmək Məcəlləsinə əsasən, bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olması təmin edilir. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

Ombudsman isə hesab edir, bu halda iş və istirahət günlərinin ardıcıl olması təmin edilməlidir. Bununla yanaşı, işçilərin səhhəti və əmək funksiyaları ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi imkanları da diqqətə alınmalıdır.

18 aprel 2020
GO BACK