Qadin.NET / İrina Şeyk yeniyetmə şəklini paylaşdı - FOTO

İrina Şeyk yeniyetmə şəklini paylaşdı - FOTO

İrina Şeyk yeniyetmə şəklini paylaşdı - FOTO


Rusiyalı supermodel İrina Şeyk yeniyetmə yaşında çəkdirdiyi şəklini özünün “Instagram”  hesabında paylaşıb.

Arxiv kadrda yeniyetmə Şeyk fəvvarənin qarşısında dayanıb. O, sarı rəngli qısa köynək və çəhrayı rəngli şalvar geyinib.

Supermodelin şəkli cəmi bir neçə saat ərzində təxminən yarım milyon “like” toplayıb. Şeyk paylaşımının altında 14 rəqəmini yazıb.

“Bu şəkil sənin gözəlliyinin təbii olduğunu sübut edir”, “Gözəl gənc İrina”, “Qız deyil, xülyadır”, “Sən istənilən yaşda gözəlsən. Sənə heyranam”, - deyə izləyiciləri İrinanın paylaşımını şərh ediblər.

İrina Şeyk yeniyetmə şəklini paylaşdı - FOTO


18 aprel 2020
GO BACK