Qadin.NET / Koronavirus doğuş keçirən qadınlara ciddi təhlükə törədir

Koronavirus doğuş keçirən qadınlara ciddi təhlükə törədir

Koronavirus doğuş keçirən qadınlara ciddi təhlükə törədir


Böyük Britaniyada üç uşaq anası doğuşdan beş gün sonra koronavirus səbəbindən vəfat edib.

Qadin.Net bildirir ki, bu barədə “The Sun” agentliyi yayıb.

37 yaşlı Salina Şou bir həftə əvvəl üçüncü dəfə ana olub. Lakin doğuşdan beş gün sonra qadın vəfat edib. Həyat yoldaşı onun doğuşdan əvvəl koronavirusa yoluxduğunu təsdiqləyib və bildirib ki, Salina Şou şəkərli diabetdən əziyyət çəkib.

Qeyd edək ki, hamilə qadınların doğuşdan qısa müddət sonra vəfat etməsi ilk hal deyil. Ötən həftə Böyük Britaniyada hamilə tibb bacısı doğuşdan beş gün sonra koronavirusdan vəfat etmişdi.

Qeyd edək ki, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 100 mini keçib, 13 729 nəfər virusun qurbanı olub

17 aprel 2020
GO BACK