Qadin.NET / ÜST rəhbəri koronavirusa qarşı tədbirlərin yumşaldılması üçün altı şərti açıqladı

ÜST rəhbəri koronavirusa qarşı tədbirlərin yumşaldılması üçün altı şərti açıqladı

 

ÜST rəhbəri koronavirusa qarşı tədbirlərin yumşaldılması üçün altı şərti açıqladı


ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusun yayılmasına qarşı tətbiq edilən tədbirlərin yumşaldılması üçün altı şərti açıqlayıb.
Bu barədə “HaberGlobal” məlumat yayıb.T.Qebreyesus sosial və iqtisadi sahələrdə atılan addımların sürətlə aradan qaldırılması halında epidemiyanın yenidən güclənmə riskinin olduğunu qeyd edib.
Epidemiyanın yayılmasının nəzarət altında olduğundan əmin olmaq lazımdır
 Epidemiyanın nəzarətə alınması dedikdə, yayılma zəncirinin halqalarının və çıxış nöqtələrinin müəyyən edilməsi nəzərdə tutulur.
Yeni halların sürətlə aşkar edilməsi
 ÜST rəhbəri ikinci şərtin yeni halların sürətlə müəyyən edilməsi, sözügedən şəxslərin testdən keçirilməsi, zəruri hallarda təcrid olunması və müalicəsi olduğunu qeyd edib, virusa yoluxmuş şəxslərin izlənilməsinin də vacibliyini vurğulayıb.
İnfeksiya riskinin minimuma endirilməsi
 Görülən tədbirlərin yumşaldılmasından əvvəl milli hökumətlər, xüsusilə xəstəxanalar və digər tibb müəssisələri ətrafında infeksiya riskini minimuma endirməlidirlər.
Hökumətlər qoruyucu tədbirlər görməlidir
 Hökumətlər iş yerlərində, məktəblərdə və əhəmiyyəti ictimai yerlərdə koronavirusa qarşı zəruri tədbirləri görməlidir: sosial məsafə, gigiyena tədbirləri və temperaturun ölçülməsi və s.
Səyahətlər epidemiyanı yenidən başlada bilər
Səyahətlər vasitəsilə epidemiyanın yenidən yayılması riski nəzərdə saxlanmalıdır.
Cəmiyyət virusa qarşı kifayət qədər maarifləndirilməlidir
ÜST rəhbərinin fikrincə, yalnız kifayət qədər maarifləndirmə sayəsində cəmiyyətin yumşaldılmış tədbirlərə yüksək səviyyədə riayət etməsinə nail olmaq olar.

 

17 aprel 2020
GO BACK