Koronavirusa yoluxan hamilə qadın sağlam uşaq dünyaya gətirib.
Qadin.Net bildirir ki, bu barədə “Novaya Kuban” məlumat verib.
Bildirilir ki, Rusiyanın Adıgey Respublikasının vətəndaşı - hamilə olan qadın koronavirusa yoluxduqdan sonra sağalmışdı. Bununla belə, xəstəliyin uşağa da təsir edəcəyi ilə bağlı təhlükələr var idi. Ötən gecə isə qadın sağlam oğlan uşağı dünyaya gətirib.
Nəşrin məlumatına görə, respublikada koronavirusa 43 yoluxma halı qeydə alınıb. Virusa yoluxan bir nəfər həyatını itirib. 15 nəfər isə sağalıb.
Ümumilikdə, Rusiyada 27 938 nəfər koronavirusa yoluxub. Onlardan 232 nəfəri ölüb, 2304 nəfəri isə sağalıb