İtaliyanın “Yuventus” klubunun hücumçusu, dünya şöhrətli portuqaliyalı futbolçu Kriştianu Ronaldunun sosial mediada başladığı “Hall cup challenge”ə bu dəfə Türkiyənin məşhur müğənnisi Hülya Avşar qoşulub.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, “45 saniyədə neçə dəfə əllərinizlə ayaqlarınıza toxuna bilərsiniz” hərəkətini təkrarlamaq üçün Hülya qollarını çırmalayıb.
İdmanla mütəmadi məşğul olan sənətçi dünya şöhrətli futbolçuya sözün həqiqi mənasında meydan oxuyub
56 yaşlı H.Avşarın dəqiqliklə yerinə yetirdiyi bu idman hərəkəti görənlərin təəccübünə səbəb olub. İzləyicilər ulduzun bəlli yaşda olmasına rəğmən, çətin idman hərəkətlərinin öhdəsindən asanlıqla gəlməsinə qibtə ediblər.