Qadin.NET / Həkimlər kütləvi şəkildə xəstələnsə...

Həkimlər kütləvi şəkildə xəstələnsə...

Həkimlər kütləvi şəkildə xəstələnsə...


Koronavirus son 100 ilin ən ciddi xəstəliyi adlandırılıb.

Qadin.Net publika.az-a istinadən xarici mətbuata istinadən xəbər verir ki, Nyu-York klinikasının həkimi Marlen Kaplan koronavirusun bəşər tarixində ən ciddi xəstəlik olduğunu söyləyib. Mütəxəssis dövlətə ilk növbədə pandemiyanın yayılmasının qarşısını alanları - həkimləri qorumağı tövsiyə edib.

Kaplan qeyd edib ki, bəşəriyyətdə son yüz il ərzində daha təhlükəli xəstəliyin olduğunu xatırlamır: “Ola bilsin ki, yeni tip koronavirus İspan qripindən bəri ən ciddi xəstəlikdir”.

O hesab edir ki, ABŞ-da pandemiyanın zirvəsi ya başlayıb, ya da başlamaq üzrədir. Kaplan bildirib ki, həkimlər insanların COVID-19-u niyə müxtəlif dərəcədə keçirdiyini dəqiq bilmir. Həkim Nyu-Yorkda koronavirusdan 16 min ölümün proqnozlaşdırılmasını real rəqəmlər hesab etmədiyini etiraf edib. Onun sözlərinə görə, bu, xəstəliyin gedişatında insan orqanlarının yüksək stress yaşayacağı və yeni sağlamlıq problemlərinə yol açacağı ilə bağlıdır.

Hazırda tibb COVID-19 üçün zəmanətli preparat tapmayıb, odur ki, xəstələr əsasən hidroksiklorokin, sitromaks və yüksək dozada multivitaminlərin birləşməsi ilə müalicə olunur.

Həkim yoluxmamaq üçün şübhəli vasitələrdən istifadə etməyə ehtiyat edən vətəndaşları xəbərdar edib. O bildirib ki, alkoqol ilə ağciyərləri dezinfeksiya etmək mümkün deyil. Kaplan vurğulayıb ki, sodalı su boğazı qarqara etmək üçün daha yaxşıdır.

Həkim həmkarlarına bütün qorunma vasitələrindən istifadə etməyi tövsiyə edib. Mütəxəssis qeyd edib ki, həkimlər kütləvi şəkildə xəstələnsə, pandemiyanın qarşısını almaq çətin olacaq: “Sonra təsəvvür edilməyən çox sayda itki barədə danışacağıq, çünki tibb işçiləri kifayət etməyəcək”

17 aprel 2020
GO BACK