Fransanın Provansa Universitetinin alimləri koronavirusun hansı temperaturda tam məhv olduğunu açıqlayıblar.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu barədə hesabat Biorxiv resursunda dərc olunub.
Hesabata görə, taclı virus 92 dərəcə istilikdə 15 dəqiqə ərzində tam zərərsizləşir. Müsbət 60 dərəcədə, 1 saat ərzində isə virusun bəzi ştampları özünüçoxaltma qabiliyyətini saxlayır.
İndiyə qədər əksər laboratoriyalarda virusun məhv olması üçün standart 60 dərəcə istilik və 1 saat müddət göstərilirdi