Koronavirus tədbirləri çərçivəsində konsertləri ləğv olunduğu üçün Serdar Ortaç bankdan 5 milyon dollar kredit götürüb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, ulduz dünən instaqramda açdığı canlı yayımda maddi problemləri olduğunu bildirib:
“Bankdan 5 milyon TL kredit aldım, ödənişləri iyun ayına qədər təxirə saldım. Əks təqdirdə ödəyə bilməzdim. Ayda 120 min TL evin yalnız kreditinə gedir. Əvvəlki kimi gəlirim yoxdur. Bir lirə belə yığmamışam. Müəllif hüquqlarından gələn pulla dolanıram”.
Səhhəti pisləşən Serdar Ortaç bir neçə gün öncə xəstəxanaya gedib. Koronadan şübhələnsə də, müğənninin test nəticəsi mənfi olub