“Azərbaycanda son günlər ərzində müşahidə olunan koronavirus infeksiyası üzrə müsbət test hallarının 20 faizi Rusiyadan gələnlər arasından olub”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, karantın rejiminin uzadılması ilə bağlı zəruri tədbirlər görülür:
“Azərbaycan vətəndaşlarının Samur sərhəd-keçid məntəqəsində toplanması və aidiyyəti dövlət qurumlarının işinə mane olacaq arzuolunmaz hallar baş verib”.
“Xüsusi karantin rejimi nəticəsində xaricdən koronavirus xəstəliyinin idxal olunması halı azalıb. Daxildə isə yoluxma hallarının aşkar edilməsi üçün resurslar artıb”, - deyə H.Hacıyev qeyd edib