Qadin.NET / Evinə pizza sifarişi verən onlarla ailə karantinə alındı

Evinə pizza sifarişi verən onlarla ailə karantinə alındı

Evinə pizza sifarişi verən onlarla ailə karantinə alındı


Hindistanın paytaxtı Dehlidə ev və ofislərə pizza sifarişi çatdıran 19 yaşlı gəncdə koronavirus aşkar edilib.

Məlum olub ki, COVID-19-a yoluxan oğlan son 15 gün ərzində 72 ailəyə pizza sifarişi çatdırıb.

NDTV xəbər verir ki, hazırda bütün ailələr ev karantininə alınıb və həkimlərin ciddi nəzarəti altındadırlar.

Xəstə ilə təmasda olan iyirmi kuryer də karantinə alınıb.

Son məlumata əsasən, Hindistanda 12 456 nəfərdə koronavirus aşkar edilib, 423 şəxs virusun qurbanı olub.

16 aprel 2020
GO BACK