Türkiyənin Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasının Yoluxucu Xəstəliklər bölməsinin professoru Hüsnü Pullukçu qara maskalar barədə xəbərdarlıq edib.
Qadin.Net bildirir ki, “Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, o, “Qara maskalar yalnız cərrahi maska ​​üzərində bəzək kimi taxıla bilər. Bu maskalar qorunmaq üçün uyğun deyil” deyib.
“Bəzi insanlar yuyula bildikləri üçün qara maskalara üstünlük verirlər. Ancaq onları taxdığınız zaman burnunuza kip yerləşmir. Tez-tez nəfəs aldığınız zaman bu parçanın ağzınıza və burnunuza yapışdığını hiss edirsiniz”.
Professor N95 və FFP2 maskalarının karbon qazını özünə topladığını, bunun başgicəllənmə və huşunu itirmə kimi nəticələrə səbəb ola biləcəyini qeyd edib. Həkim gündəlik həyatda belə maskaları taxmağın doğru olmadığını vurğulayıb:
“Biz xəstələrdən nümunə götürərkən bu maskalardan istifadə edirik. Bu zaman xəstə öskürə və ya asqıra bilər. Bu maskalardan damcılardan qorunmaq üçün istifadə edirik. Ancaq xəstə olsanız, digər insanları risk altına qoyursunuz. Buna görə onlardan gündəlik həyatımızda istifadə etməməliyik”.
Evdə hazırlanan maskaların da etibarlı olmadığını bildirən həkim cərrahi maskalardan istifadəni məqsədəuyğun hesab edib.