Uhanda koronavirus epidemiyasını işıqlandıran çinli jurnalistlər məlumatları açıqladıqdan sonra itkin düşüblər.
Qadin.Net bildirir ki, bu barədə “Daily Mail” xəbər yayıb.
Çen Qiuşi, Fan Bin və Li Zehua şəhərdə epidemiyanın əsl miqyasını göstərmək üçün “YouTube” və “Twitter”ə dolu olan morqların və xəstəxanaların şəkillərini yerləşdirmişdilər. Onlar fevral ayında yoxa çıxıblar. Həmin vaxtdan etibarən bu jurnalistlərin yeri məlum deyil.
Onlardan biri yoxa çıxmazdan əvvəl həbs olunmuşdu. Sosial şəbəkələrdə jurnalistin temperaturunu ölçməyə çalışan zabitlərlə əlbəyaxa olduğu barədə video yayılmışdı.
Digər müxbir, ehtimal ki, Uhanda Virusologiya İnstitutunu ziyarət etdikdən sonra gizli polisi maraqlandırıb.
Üçüncüsü isə həmin şəhərdə yerləşən müvəqqəti xəstəxanaya getməyi planlaşdırmışdı.
[media=https://baku.tv/az/dunyaa/17229/]