Avstraliyada koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhrana görə işdən çıxarılan 20 yaşlı gənc milyonçu olub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, o lotereyadan 4,8 milyon Avstraliya dolları mükafat qazanıb. Ailəli olan şəxs bildirib ki, o vergilərə görə mükafatı 20 ildə almağa razılıq verib. Razılaşmaya görə, hər ay şirkət ona 20 min dollar ödəyəcək.
Qeyd edək ki, Avstraliyada qaydalara görə, lotereyadan külli gəlir zamanı mükafatın 30 faizindən çoxu vergilərə çıxılır.