İnsana yoluxan koronavirusu ilk dəfə Şotlandiyada yaşayan Cun Almeyda kəşf edib.
Qadin.Net publika.az-a istinadn xəbər verir ki, bu kəşf 1964-cü ilə təsadüf edir. Almeydanın üzə çıxardığı virus, “Covid19”un digər formasıdır. Məlumata görə, qadın tibbi mütəxəssislik bacarıqlarına görə, 1964-cü ildə “Tomas tibb” mərkəzinə dəvət edilib. Bu tibbi ocağı koronavirusa yoluxan Baş nazir Boris Consonun müalicə aldığı xəstəxanadır. Məlumata görə, David Tirell ilə birgə çalışan Almeyda, könüllülərdən aldığı nümunələr əsasında koronavirusu üzə çıxarıb.Həmin vaxta qədər isə xəstələrin qrip olduğu güman edilirdi. Buna korona adı verilməsi virusun üst hissəsinin taca bənzəməsidir. Ümumiyyətlə Almeyda bu virus barədə geniş araşdırmalar aparıb. O, toyuq və siçanları da araşdırmalarına daxil edib. Qeyd edək ki, elm adamı 2007-ci ildə vəfat edib.