ABŞ-ın Viskonsin ştatında yerləşən fermalardan birində iki üzlü qədim Roma ilahının şərəfinə Yanus adlandırılan qeyri-adi çəpiş doğulub.
Qadin.Net bildirir ki, “ABC” telekanalı xəbər verir ki, iki başı və dörd gözü olan heyvan hər iki ağzı ilə qidalana bilir. Sahibinin sözlərinə görə, onun yaxşı iştahası var.
Adətən belə mutantlar çox yaşamır, lakin Yanus özünü çox yaşı hiss edir və hal-hazırda yeriməyi öyrənir
“Biz onun sağ qalması üçün əlimizdən gələni edirik”, - deyə fermanın sahibi qeyd edib.