“Hazırda koronavirusdan sağalan xəstənin qanından alınan plazmanın koronavirus xəstələrinə köçürülməsi layihəsi üzərində çalışırıq”.
Qadin.Net bildirir ki, bunu oxu.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, bu gün sözügedən layihənin müzakirəsi yekunlaşıb:
“Milli Hemotologiya və Transfuziologiya Mərkəzi xüsusi tədqiqatlar apardı. Onların nəticələrinə görə koronavirus infeksiyasını keçirmiş və sağalmış şəxslərin plazmasından terapevtik məqsədlərlə istifadə olunmasının protokolu hazırlandı.
Həmin layihə bizim elmi komitə tərəfindən təsdiq olunacaq. Biz də koronavirusdan sağalmış və evə yazılmış xəstələri Milli Hemotologiya və Transfuzilogiya Mərkəzinə dəvət edəcəyik.
Mərkəzdəki avadanlıq, resurslarımız imkan verir ki, biz onların plazmasını ayırd edək və terapevtik məqsədlərlə müvafiq ağır xəstələrimizə köçürək”.
Sədr qeyd edib ki, layihənin icrası gələn həftədən tətbiq ediləcək.