Türkiyənin Bayburt şəhərində, Çoruh çayında üzən tabutlar insanlar arasında təşvişə səbəb olub.
Qadin.Net bildirir ki, “İhlas Haber Ajansı” (İHA) xəbər verir ki, insanlar çayda tabutların üzdüyünü görərək polisə xəbər veriblər.
Hadisə yerinə gələn əməkdaşlar boş tabutları çaydan çıxarıblar.
Məlum olub ki, bu tabutlarda Almanıyada ölən şəxslər Türkiyəyə gətirilib. Cəsədlər dəfn edildikdən sonra məhəllə sakininə tabutların sındırılması tapşırılsa da, o, başqa fikrə düşüb.
Dəfn olunan şəxslərin koronavirusdan ölmədiyi vurğulanıb
[media=https://baku.tv/az/cemiyyet/17173/]