“Disney” kinostudiyası “Karib dənizinin quldurları” filminin altıncı hissəsini çəkməyi planlaşdırır.
Qadin.Net bildirir ki, “StarNews” Telegram kanalının məlumatına görə, bu barədə dəniz qulduru Pintel rolunu ifa edən amerikalı aktyor Li Arenberq bildirib.
Aktyorun sözlərinə görə, studiyada baş rolunu yenə Conni Deppin oynayacağı film barədə danışıqlar gedir.
Pərəstişkarların isə franşizanın yeni hissəsi barədə düşüncələri birmənalı olmayıb - bəziləri çox şaddır, digərləri isə kinostudiyanı “cəsədi zorlamamağa” çağırır