Moskva meriyası Rusiyanın məşhur pop müğənnisi Alsunun əri, Bakıda anadan olmuş Yan Abramovu məhkəməyə verib.
Qadin.Net bildirir ki, bu barədə “Mash” Telegram kanalı xəbər yayıb. Bildirilir ki, maliyyə borclarına görə biznesmenə qarşı iddia qaldırılıb.
Müğənninin ərinə “Tat-Plaza” şirkəti çətinliklər yaradıb. Belə ki, Bolşaya Tatarskaya küçəsindəki qədim malikanəyə sahib olan şirkətin səhmlərinin yarısı Y.Abramova məxsusdur.
Moskvanın mərkəzindəki bu tarixi binanın vergi borcları bir müddətdir ki, ödənilmir. Şəhər Əmlak İdarəsindən Alsunun həyat yoldaşını məhkəməyə verib və 266 min rubl (7288 AZN) vəsaitin ödənilməsini tələb edib.