Dünyanın ən gözəl qadını hesab edilən Bella Hadid yeni trendə qoşulub.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, cazibədar modelin İtaliyanın “Vogue” jurnalında çəkilişləri üçün geyimlər hazırlayan stilisti Heyli Vollens “Instagram” hesabında bununla bağlı paylaşım edib.
O, Hadidin plates topu ilə müxtəlif pozlarda şəklini çəkərək, kollaj edib.
“Gəlin seçimlərinizə baxaq. Evdə belə bir çəkiliş aparmağa çalışın! Toplardan istifadə etmək vacib deyil, yaradıcı olun”, - deyə o qeyd edib.