Qadin.NET / Koronavirusa yoluxan qadın koma vəziyyətində dünyaya uşaq gətirdi

Koronavirusa yoluxan qadın koma vəziyyətində dünyaya uşaq gətirdi

Koronavirusa yoluxan qadın koma vəziyyətində dünyaya uşaq gətirdi


ABŞ-ın Vankuver şəhərinin (Vaşinqton ştatı) 27 yaşlı sakini koronavirusdan müalicə şərçivəsində süni koma vəziyyətinə salındıqdan sonra dünyaya uşaq gətirib.

Qadin.Net bildirir ki, “The Mirror” xəbər verir ki, martın 24-ü Ancela Primaçenkonun koronavirusa yoluxduğu ortaya çıxıb.

Səkkiz gün ərzində qadının vəziyyəti getdikcə pisləşib. Xəstəxanaya yatırılan Ancelanı müalicə etmək üçün süni koma vəziyyətinə salıblar.Qeyd etmək lazımdır ki, 33 həftəlik hamilə olan qadın koma vəziyyətində dünyaya qız uşağı gətirib

“Komadan çıxdıqda artıq yekə qarnım yox idi. Bu inanılmaz idi”, - deyə qadın bildirib.

Aprelin 11 qadın xəstəxanadan evə buraxılıb, lakin hələ də körpəsi Avanı qucağına ala bilməyib. Uşaq hal-hazırda reanimasiyadadır və koronavirusa yoluxmayıb

15 aprel 2020
GO BACK