Bir neçə həftə əvvəl koronavirusa yoluxan “Taxt oyunları” serialının aktyoru Kristofer Hivyu koronavirusa qalib gəlib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, aktyor bu barədə İnstaqramda məlumat yayıb.
Kristofer artıq həyat yoldaşı ilə özünü yaxşı hiss etdiyini bildirib:
"Biz artıq sağalmışıq. Simptomlar artıq müşahidə olunmur. Hər kəsə dəstəyə görə təşəkkür edirik. Diqqətli olun, məsafə saxlayın. Əllərinizi mümkün qədər tez-tez yuyun”.
Qeyd edək ki, Kristofer sözügedən serialda “Tormund” obrazını canlandırıb