Qadin.NET / Şimal qütbündə nələr baş verir? - FOTO

Şimal qütbündə nələr baş verir? - FOTO

Şimal qütbündə nələr baş verir? - FOTO


Dünyanı qorxu kimi bürüyən koronavirus Yer kürəsində bir çox şeyi dəyişdi. Cənub qütbündə ozon təbəqəsindəki çatlaqların yoxa çıxması belə pandemiya ilə əlaqələndirilir.

 Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu dəfə elm adamlarını başqa hadisə təəccübləndirib.

Avropa Kosmik Agentliyi tərəfindən çəkilən görüntülərdə Şimal qütbündə də eyni mənzərəyə rast gəlinib. Mütəxəssislər bildirir ki, Cənub qütbündən fərqli olaraq, Şimalda ilk dəfə ozon təbəqəsinin çatlaqları bağlanıb.

Elm adamlarının təəccübləndiyi məqam isə Şimal qütbü üzərində bu böyüklükdə ozon dəliyinin daha əvvəl heç yaranmamasıdır.

Şimalda nə baş verir?

Ozon dəliyinin bu qədər böyük olmasının başlıca səbəbi olaraq qütb bölgəsindəki normadan aşağı istilik göstərilir. Elm adamlarının fikrincə, güclü küləklər Şimal qütbündə yaranan “qütb girdabı”ının içində soyuq havanı saxlayır və istiliyin aşağı düşməsini təmin edir. Bu da ozon təbəqəsinin incəlməsinə səbəb olur və dəliyə yol açır.

Dünya miqyasında 6 min 300-dən çox meteoroloji stansiyadan istifadə edərək 1880-ci ildən bəri Yer kürəsinin istiliyini ölçən NASA-nın yayımladığı xəritə hər kəsi şoka salıb. Yeni analizlərini açıqlayan NASA 2017-ci ilin 19-cu əsrin sonlarından bəri ən isti ikinci il olduğunu bildirmişdi. NASA-nın Kosmos Araşdırmaları İnstitutunun direktoru Qavin Şmidt bildirib ki, dünyanın hər hansı bir yerində orta istiliyin daha soyuq olmasına rəğmən, planet üzərindəki temperaturun cəmi son 40 ildə gördüyümüz sürətli istiləşmə istiqaməti üzrə inkişaf edir.
Şimal qütbündə nələr baş verir? - FOTO


14 aprel 2020
GO BACK