Amerikalı yazıçı Stiven Kinqin sözlərinə görə, pandemiya səbəbilə elan edilmiş karantin günlərində küçəyə çıxa bilməyən insanlar özünü onun romanlarının qəhrəmanları kimi hiss etməyə başlayıb.
Qadin.Net publika.a-a istinadən xəbər verir ki, yazıçı pərəstişkarlarının bu vəziyyətinə təəssüfləndiyini qeyd edib. O, əlavə edib ki, koronavirusu 1978-ci ildə yazdığı “Qarşıdurma” romanında təsvir olunan “super qrip” ilə müqayisə etməməyə çalışır. Daha sonra Kinq pandemiyanın “baş verməli” olduğuna inandığını bildirib.
Yazıçı yeni kitab üzərində çalışdığını və vaxtının çoxunu ona həsr etdiyini vurğulayıb. Onun fikrincə, yazı qorxudan xilas olmaq üçün yaxşı yoldur.
Con Hopkins Universitetinin məlumatına görə, dünyada 1.84 milyondan çox insan koronavirusa yoluxub, onlardan 113 mini ölüb, təqribən 421 min nəfər sağalıb. Ən çox yoluxanlar ABŞ (550 min), İspaniya (166 min), İtaliya (156 min), Fransa (133 min) və Almaniyada (127 min) müşahidə olunur.