Qadin.NET / Arvadını öldürdü, koronavirusdan vəfat etdiyini dedi

Arvadını öldürdü, koronavirusdan vəfat etdiyini dedi

Arvadını öldürdü, koronavirusdan vəfat etdiyini dedi


Koronavairus epidemiyasının mərkəzinə çevrilən ABŞ-da qəribə hadisə yaşanıb.

Qadin.Net bildirir ki, “Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, Florida ştatının РЎupiter şəhərində yaşayan Devid Entoni həyat yoldaşını öldürməkdə günahlandırılır.

Entoni 51 yaşlı həyat yoldaşı Qretçenin koronavirusdan öldüyünü iddia edib.

Araşdırma nəticəsində ölümün qətl səbəbindən baş verdiyi məlum olub.

Belə ki, Qretçenin dostları qadından gələn qəribə mesajlardan şübhələnərək, polisə müraciət ediblər.

Qadının koronavirusa yoluxmasını qeyd etdiyi mesajları araşdıran polis heç bir tibb müəssisəsində ona aid qeydlər tapa bilməyib. İstintaqa başlayan polis mesajların qadının əri Entoni tərəfindən göndərildiyini müəyyən edib.

Məlum olub ki, kişi arvadını öldürdükdən sonra onu koronavirusdan ölmüş kimi qələmə verib.

O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Arvadını öldürdü, koronavirusdan vəfat etdiyini dedi

Arvadını öldürdü, koronavirusdan vəfat etdiyini dedi

Arvadını öldürdü, koronavirusdan vəfat etdiyini dedi


14 aprel 2020
GO BACK